Ukraynanın Rusiya ərazisinə - Kursk vilayətinə girməsi hazırda dünya mətbuatında geniş müzakirə olunur. İlk vaxtlarda adi reyd kimi qəbul edilən prosesin ciddi məqsədləri olan əməliyyat olduğu getdikcə daha aydın hiss olunur.
Teleqraf.com xəbər verir ki, son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib.
Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb.
Bu xəbərin yayılmasından sonra Avropa qaz bazarında qiymət bir az qalxıb.
Ukrayna ordusu iddia edir ki, Kursk vilayətində 2 günlük döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin 300-ə yaxın hərbi qulluqçusu əsir götürülüb.