8 Avqust 11:24
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın “Hizbullah” Hərəkatı İranın məqsədindən asılı olmayaraq, İsrailə hücum edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

Kəşfiyyat bildirir ki, Livan hərəkatı öz planlarının həyata keçirilməsi istiqamətində İrandan daha sürətlə hərəkət edir və yaxın günlərdə İsrailə hücum etməyi planlaşdırır.

“Görünür, İran hələ də necə reaksiya verəcəyini düşünür”, - mənbə CNN-ə deyib.

ABŞ hərbi rəsmisi də söyləyib ki, İran hələ irimiqyaslı hücum üçün bütün hazırlıqları başa çatdırmayıb. Amma İsrailin Livana yaxınlığını nəzərə alsaq, “Hizbullah” bu duruma hazır ola bilər, amma bunu İran haqda demək mümkün deyil.

Mənbənin sözlərinə görə, İran və “Hizbullah”ın öz addımlarını necə koordinasiya etdiyi bəlli deyil, amma bəzi rəsmilər hərəkətlə bağlı fikir birliyi olmadığını hiss edirlər.

Xatırladaq ki, İran və “Hizbullah” HƏMAS lideri İsmayıl Haniyə və Livan hərəkatının komandiri Fuad Şükürün öldürülməsinə görə İsrailə cavab verəcəklərini vəd edib.


Müəllif: Mənsur Rəğbətoğlu