8 Avqust 15:50
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna danışıqlar prosesində mövqelərini gücləndirmək üçün Rusiyanın Kursk vilayətində hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiyanın ərazi, insan və texnika itkiləri danışıqlara müsbət təsir edəcək, Ukrayna qüvvələrinin federasiya ərazisinin dərinliklərinə doğru irəliləməsi rusları qorxudacaq və onların Prezident Vladimir Putinə münasibətini pisləşdirəcək.

“Qorxudan reaksiya verə bilirlərmi? Xeyr, biz bunu nəhayət dərk etməliyik. Rusiya istənilən güzəşti zəiflik və onun qarşısında diz çökməyə hazır olmaq kimi qəbul edəcək”, - Ukrayna rəsmisi vurğulayıb.

Podolyak əlavə edib ki, Rusiya bundan sonra danışıqlar masasına oturanda müharibənin onun ssenarisi üzrə getmədiyini anlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər