8 Avqust 18:37
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro “WhatsApp”ın “casus” sistemi olduğunu deyərək ictimaiyyətə başqa proqramlara keçməyi tövsiyə edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Prezident Sarayında keçirdiyi görüş zamanı Maduro "WhatsApp"ı Kolumbiyalı narkotik tacirləri ilə əməkdaşlıqda ittiham edib: "Bu sosial proqram psixoloji müharibə aparır. O, çevriliş və zorakılığın lehinə danışmayan sosial liderləri, əsgərləri, polisləri, sənətçiləri və idmançıları təhdid edir" - Maduro deyib.

Maduro insanlara "WeChat" və"Telegram" tətbiqlərini tövsiyə edib.

Maduro çıxışının sonunda "WhatsApp" platformasını telefonundan silib


Müəllif: Arzu

Oxşar xəbərlər