ABŞ hakimiyyəti Çindən daha 5 şirkətin məhsullarının idxalına qadağa qoymaqla sanksiyaları genişləndirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamentinin bəyanatında qeyd olunub .
"Qara siyahı"ya düşən şirkətlər Kashgar Construction Engineering (Qrup), Xinjiang Habahe Ashele Copper, Xinjiang Tengxiang Magnesium Products, Century Sunshine Group Holdings və Rare Earth Magnesium Technology Group Holdings olub. Belə ki, ABŞ sanksiyaları indiyədək Çindən cəmi 85 şirkətə şamil edilib.