8 Avqust 22:12
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin oktyabrda yeni prezident Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmaq üçün Meksikaya gəlsə həbs olunmayacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksikanın hazırkı rəhbəri Andres Manuel Lopes Obrador bildirib .

“Biz bunu edə bilmərik, Putini həbs etmək bizim işimiz deyil” - o, jurnalistin sualına cavab olaraq deyib.

Lopez Obrador həmçinin təsdiqləyib ki, ölkə hakimiyyəti Meksikanın diplomatik əlaqələr qurduğu bütün ölkələrin rəhbərlərinə Şeynbaumun andiçmə mərasiminə dəvət göndərib.

Şeynbaumun andiçmə mərasimi oktyabrın 1-də Mexikoda keçiriləcək . Meksikanın Rusiya Federasiyasındakı səfirliyi qeyd edib ki, Rusiya prezidenti mərasimdə şəxsən iştirak edib-etməməsinə və ya onun adından bunu etmək üçün Meksikaya yüksək rütbəli bir məmuru göndərəcəyinə qərar verəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər