8 Avqust 23:37
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.

İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Al Taninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər