Almaniya Ukraynaya verdiyi silahlardan Rusiyaya qarşı zərbələrdə istifadə etməyi qadağan edə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bundestaqın üzvü Sara Vaqenknext deyib.
O, Almaniya kansleri Olaf Şoltzu Ukrayna lideri ilə məsələni müzakirə etməyə çağırıb:
"Kansler Rusiya ərazisinə doğru irəliləyərkən alman silahlarından istifadə edilməməsini tələb etməlidir"
İyun ayında Şoltz bildirmişdi ki, Ukrayna qoşunlarının Rusiyaya zərbə endirmək üçün Almaniyadan aldığı silahlardan istifadə edilməsi münaqişənin genişlənməsinə səbəb olmayacaq.