9 Avqust 08:43
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edildi.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.

Enerji içkilərinin satışının tənzimlənməsinin spirtli içkilərin satışına nəzarətlə eyni səviyyədə aparılacağı iddia edilir. Satıcı alıcının 18 yaşına çatmadığına şübhə edərsə və ya pasport təqdim etməkdən imtina edərsə, enerji içkilərini satmaqdan imtina etmək məcburiyyətində qalacaq.

Mədəniyyət, təhsil, tibb və idman müəssisələrində enerji içkilərinin satışı da qadağan ediləcək. Qanun 2025-ci il martın 1-dən qüvvəyə minəcək.





Müəllif: Arzu

Oxşar xəbərlər