9 Avqust 02:20
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi səbəbilə əldə etdiyi Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyinə əməl etməsini hədəfləyir. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.

Qanun layihəsinin şərhində qeyd olunub ki, Rusiya vətəndaşlığını almış hərbi yaşda olan kişilər hərbi qeydiyyatdan keçməlidirlər.

İmzalanan qanuna görə vətəndaşların hərbi uçota alınması və vətəndaşlıq alması prosesləri sinxronlaşdırılmış şəkildə aparılacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər