9 Avqust 10:58
3 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Misir və Qətər liderləri İsrail və HƏMAS-ı Yaxın Şərqdə münaqişənin şiddətlənməsi ilə bağlı artan qorxular fonunda təcili danışıqlar üçün görüşməyə çağırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.

Röytersin məlumatına görə, üç ölkənin birgə bəyanatında deyilir ki, Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın tamamlanmasını nəzərdə tutan danışıqlar avqustun 15-də Doha və ya Qahirədə keçiril bilər:

"Masa üzərində çərçivə razılaşması var, onun həyata keçirilməsinin təfərrüatlarını razılaşdırmaq qalır. Artıq boş yerə vaxt itirməyə və hər iki tərəfin bəhanələrinə ehtiyac yoxdur. Girovları azad etməyin vaxtı çatıb. Atəşkəsə başlayın və bu razılaşmanı həyata keçirin", - bəyanatda bildirilir.

İsrailin baş naziri Binyamin Netanyahu görüşdə İsrail nümayəndəsinin iştirak edəcəyini bildirib. HƏMAS isə bu bəyanatı şərh etməyib.

ABŞ rəsmisi bildirib ki, bu bəyanat İrana təsir etmək üçün verilməyib, amma hər hansı bir gərginlik İsrail və HƏMAS arasında razılaşma ümidlərini təhlükə altına atacaq.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər