Amerikalı sahibkar İlon Mask X platformasının fəaliyyətini dayandıran Venesuela Prezidenti Nikolas Maduronu zarafatla təhdid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.
Sosial şəbəkədə Maskdan Maduroya cavab olaraq kosmik lazer hazırlayıb-hazırlamadığını soruşublar. Cavabda Mask: "Biz onun bığını kosmosdan yandıra bilərik..." - deyə bildirib.
Qeyd edək ki, İlon Mask Venesuelada keçirilmiş seçkilərdə qalib elan olunmuş Nikolas Maduronu saxtakarlıqda ittiham etmişdi. Buna cavab olaraq Maduro milli televiziyanın canlı yayımında milyarderi “əzəli düşmən” adlandırmış, onu döyüşə çağırmışdı: “Dalaşmaq istəyirsən? Onda gəl. İlon Mask, mən hazıram, mən səndən qorxmuram".
Venesuela prezidenti amerikalı milyarder İlon Maskın sahibi olduğu platformanı nifrət yaymaqda və vətəndaş müharibəsinə qızışdırmaqda ittiham etmişdi.