9 Avqust 13:41
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kursk vilayətinin işğal olunmuş ərazilərini Xarkov vilayətinin ərazisi ilə dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Bild”in açıq məlumatların təhlili üzrə mütəxəssisi Yulian Röpke deyib.

Onun məlumatına görə, son 24 saat ərzində Ukrayna ordusu Kursk vilayətində daha 8 kəndi ələ keçirib. Bunların arasında Suca şəhərinin qərbindəki Qonçarovka, eləcə də bölgənin şimalındakı ərazilər var.

Röpke Sucanın tam ələ keçirilməsini təsdiqləmir.

“Mövcud mənzərədən belə görünür ki, Ukrayna ordusu yaxın günlərdə Sucanı ələ keçirəcək, hətta onu gözlənilməz zaman ərzində saxlaya biləcək. Əgər bu baş verərsə, onu Xarkov vilayətinin Rusiya tərəfindən işğal olunmuş əraziləri ilə dəyişdirə, hətta gələcək danışıqlarda sövdələşmə üçün saxlaya bilər”, - alman mütəxəssis vurğulayıb.

Röpke hazırda Rusiyanın bölgədə Ukrayna qoşunları və texnikalarını çıxara biləcək qüvvəsinin olmadığını iddia edir. Bununla belə, o hesab edir ki, əməliyyatın effektivliyi barədə nəticə çıxarmaq hələ tezdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər