Rusiya iki vətəndaşının Nigerdə terrorçular tərəfindən əsir götürülməsi ilə bağlı hökümətdən kömək istəyib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya tərəfi Niger rəhbərliyinə baş verən hadisələrlə bağlı lazımi yardımın göstərilməsi üçün rəsmi sorğu göndərib”.
Rusiyanın Mali Respublikasında olan səfirliyi Niger hakimiyyəti ilə daimi əlaqə saxlayır. Moskva girovların azad edilməsi üçün səylərini davam etdirmək niyyətindədir.