9 Avqust 21:47
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyada ruslar üçün daşınmaz əmlakın alqı-satqı qadağasına dair qanun layihəsinə payızda baxılacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaikkonen bildirib.

Nazir mətbuata bildirib ki, müdafiə idarəsi artıq qanun layihəsi hazırlayıb. Layihə baxılması üçün payızda hökumətə təqdim olunacaq.

Bundan əvvəl nazir Rusiya və İsveçrə vətəndaşlığı olan bir iş adamının daşınmaz əmlak alqı-satqısı ilə bağlı müraciətini rədd edildiyini bildirib.

Yanvarın sonunda Müdafiə Nazirliyi Rusiya təşkilatları və vətəndaşları tərəfindən daşınmaz əmlakın əldə edilməsinə tam qadağa qoyulması imkanlarının qiymətləndirilməsi, habelə bu məsələ ilə bağlı qanunvericilik aktlarının hazırlanması üçün işçi qrup təşkil edib .

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Finlandiya hakimiyyətinin bu təşəbbüsü ayrı-seçkilikdir.


Müəllif: Arzu

Oxşar xəbərlər