Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə G1 portalı xəbər yayıb.
Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. Təyyarə Kaskaveldən Quarulosa daxili reys edib.
“Associated Press”in məlumatına görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarədə olan bütün sərnişinlərin və ekipaj üzvlərinin öldüyünü açıqlayıb.