Fransa prezidenti Emmanuel Makron Britaniyanın baş naziri Keir Starmer ilə krallıqda davam edən antimiqrant etirazları və qarşıdurmaları müzakirə edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Fransa lideri Britaniya hakimiyyətinin atdığı addımları tam dəstəklədiyini bildirib. Qeyd olunur ki, siyasətçi Sautportda silahlı hücumdan sonra baş verən zorakılıq və iğtişaşları qətiyyətlə pisləyib.