Rusiya Serbiyada gözlənilən kütləvi iğtişaşlar barədə ölkə hakimiyyətinə xəbərdarlıq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Prezident bildirib ki, çevrilişin təşkilatçıları Qərb ölkələrinin nümayəndələridir:
“Bu gün Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz bununla məşğuluq”
İyulun 22-də prezident Vuçiç bildirib ki, Qərb ölkələri Rusiya ilə birbaşa hərbi toqquşmaya fəal şəkildə hazırlaşır.