Rus qoşunları digər istiqamətlərdə olduğu kimi sürətlə irəliləsə, Kursk vilayətində itirilmiş əraziləri geri almaq üçün bir il vaxt lazım olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Vaşinqton Post" yazır.
"Rusiya ərazisində uğurlu əməliyyat demək olar ki, yalnız Ukrayna torpağında iki ildən çox döyüşdən sonra Kiyev üçün psixoloji əhəmiyyət kəsb etdi. Ukrayna qoşunlarında və mülki şəxslərdə mənəvi yüksəklik yaratdl, eyni zamanda Rusiya prezidenti Vladimir Putin və onun ordusunu zəif və səmərəsiz cəhətlərini göstərdi. Ukrayna Silahlı Qüvvələrinin qəfil irəliləyişi Putin üçün Vaqner üsyanından sonra ən ciddi çağırışdır.Bu, Ukrayna qoşunlarında və mülki vətəndaşlarda ruh yüksəkliyi doğurdu, Rusiya hökuməti və hərbçilərinin reputasiyasına isə ciddi zərbə vurdu.
Rus qoşunları digər istiqamətlərdə olduğu kimi sürətlə irəliləsə, Kursk vilayətində itirilmiş əraziləri geri almaq üçün bir il vaxt lazımdır".
Nəşr bildirib ki, Ukrayna silahlı qüvvələri artıq Rusiyanın 20-dən çox sərhəd kəndini və bir şəhərini ələ keçirib, hazırda Kursk AES-ə doğru irəliləyir:
"Bu da gələcəkdə atəşkəs və ya sülh danışıqları zamanı Kiyevə potensial olaraq güclü sövdələşmə imkanı verəcək".