Yutub (YouTube) sosial şəbəkəsinin keçmiş baş direktoru Susan Voyçiçki iki il xərçənglə mübarizə apardıqdan sonra 56 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Quql-un (Google) baş direktoru Sundar Piçai özünün X səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Voyçitski 2014-cü ildən 2023-cü ilə qədər Yutuba rəhbərlik edib.
O, sosial şəbəkədən ayrıldıqdan sonra 2006-cı ildə Yutubu alan Quql-un sahibi "Alphabet" holdinqdə məsləhətçi olaraq qaldı.