10 Avqust 17:11
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Onun sözlərinə görə, tərəflər regionda gərginliyi azaltmaq üçün atılan addımları müzakirə ediblər.

Dövlət katibi ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini yenidən təsdiqləyib və bildirib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər