10 Avqust 19:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tripolidə müvəqqəti atəşkəs rejiminin tətbiqinə başlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya paytaxtının xilasetmə və təcili yardım xidmətlərinin rəsmi sözçüsü Usamə Əli deyib.

Onun sözlərinə görə, tərəflər danışıqlardan sonra hakimiyyətin və Prezident Şurasının vasitəçiliyi ilə müvəqqəti olaraq atəşkəs rejiminin barədə razılığa gəliblər.

Tripoli şəhərinin xilasetmə və təcili yardım xidmətlərinin digər nümayəndəsi Malik Mursit əlavə edib ki, atəşkəsdən sonra 60-dan çox ailə humanitar dəhlizdən istifadə edərək münaqişə zonasını tərk edə bilib.

Qeyd edək ki, avqustun 9-da Tripolinin şərqində döyüşən siyasi qruplar arasında yüngül və orta ölçülü odlu silahların tətbiqi ilə toqquşmalar başlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər