Ukraynanın müvəqqəti işlər vəkili Olqa Timuşu Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus XİN-in saytında məlumat verilib.
Belarus bu addımı Ukraynanın pilotsuz təyyarələri ilə ölkənin hava məkanını pozan insidentdən sonra atıb.
Minsk gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib. Belarusun cavabı ilə bağlı Timuşa xəbərdarlıq edilib.