Livanın “Hizbullah” şiə milislərinin dəstələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə iri raket zərbələri endirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Hizbullah"a bağlı "Teleqram" kanalında bəyanat yayılıb.
Bəyanatda deyilir ki, əməliyyat Qəzza zolağındakı əl-Tabiyin məktəbində 100-dən çox fələstinlinin öldürülməsinə cavab olaraq şiə döyüşçüləri tərəfindən həyata keçirilib.
Livan-İsrail sərhədindən 20 km aralıda yerləşən Safed şəhəri də daxil olmaqla 20 yəhudi yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Bundan əvvəl Livanın cənubundan Kiryat Şmona, Marqaliot, Misqav Am və Eilon yaşayış məntəqələrində İsrail hərbçilərinin mövqeləri, həmçinin Kfar Şuba təpələrində Zıbdin və Ramtadakı ordu kazarmaları atəşə tutulub.