Əlcəzair İsrailin zərbələri ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) iclas keçirilməsi ilə bağlı tələb göndərib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tələbin göndərilməsinə səbəb İsrailin Qəzza zolağında 100-dən çox insanın ölümünə səbəb olan Əl-Təbiyin məktəbinə endirdiyi zərbədir.
Görüşün tarixi və formatı hələ razılaşdırılmayıb.