Belarus prezidenti Aleksandr Lukaşenko vəzifəsindən getdikdən sonra planlarını açıqlayıb.
Teleqraf.cm yerli mətbuata istinadən xəbər verir ki, o, kənddə yaşamağı planlaşdırdığını bildirib.
"Mən gedəndə kənddə yaşayacağam, qayıdacağam və vəziyyətin pisləşmədiyinə şükür edəcəksiniz" - Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, getməzdən əvvəl əmin olmaq istəyir ki, o, həmvətənlərinə dinc və sakit Belarus qoyub gedir. Prezident həmçinin belarusları dövlət başçısının gec-tez dəyişəcəyi qaçılmazlığına hazırlaşmağa çağırıb .