Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS lideri Yəhya Sinvarın həbsinə order verilməsi ilə bağlı qərardan əvvəl müzakirələrin nəticələrini ictimaiyyətə açıqlamaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb. .
Hakimlər BCM-nin prokuroru Kərim Xandan həbs orderlərinin möhürlənməsi barədə vəsatət verməsini və ya sənədin tələb olunan qadağalarla birlikdə yenidən təqdim edilməsini istəyiblər.
HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu və ondan sonra baş verən qətllər, hərbi cinayətlər ictimaiyyətə açıqlanacaq. İsrail və Fələstin iki həftə ərzində BCM-yə lazım olan faktları təqdim etməlidirlər.
Prokuror Xan bildirib ki, Netanyahu və Qallant kütləvi qırğın, humanitar yardımdan imtina və münaqişədə mülki şəxslərə qəsdən hücumlara görə məsuliyyət daşıyır.
Xan həmçinin HƏMAS Siyasi Bürosunun lideri Yəhya Sinvar, qrupun hərbi komandiri Məhəmməd Deif və HƏMAS Siyasi Bürosunun mərhum lideri İsmayıl Haniyəyə qarşı da qətl, girov götürmə, zorlama və cinsi təcavüz ittihamları üzrə həbs order verilməsini istəyib.