11 Avqust 22:42
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rəsmiləri narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası videolarının yayılması ilə əlaqədar Teleqrama mesencer xidmətinin bloklanması ehtimalı barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyə Texnologiya və Rabitə Şurası Teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.

Qeyd edilir ki, Türkiyədə 8 milyona yaxın Teleqram istifadəçisi var və bu saya görə, dünyada 10-cu yerdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər