HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar atəşkəs istəyir. Artıq mesaj Misir və Qətər vasitəsilə İsrail rəsmilərinə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
O da bildirilir ki, İsrailin baş nazirinin atəşkəs çağırışına reaksiyası müəmmalı olaraq qalır.
Netanyahunun koalisiyasındakı ifrat sağçı nazirlərin şiddətli müqaviməti üzündəb baş nazir qərar verə bilmir. Netanyahunun nə istədiyini heç kim bilmir” deyə mənbə bildirib.
Qeyd olunur ki, bu həftə Netanyahu atəşkəs və girovların azad edilməsinə razılıq vermək üçün ABŞ tərəfindən böyük təzyiqlə üzləşəcək.
İsrailin maliyyə naziri Bezalel Smotriç cümə günü təklif edilən atəşkəs rejimini "təslim olma razılaşması" adlandırıb.
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Smotriçin dediklərini pisləyərək “onun arqumentləri tamamilə yanlışdır” deyib.
Netanyahunun siyasi gələcəyi böyük ölçüdə onun koalisiya tərəfdaşlarından asılıdır. Atəşkəsə razılıq verilsə, Netanyahu komandası dağıla bilər.