12 Avqust 08:25
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ku, bu barədə bazar günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Ostin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığında "ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu" təsdiqləyib,

“Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi artıq regiondadır. Pentaqonun rəhbəri qanadlı raketlərlə təchiz edilmiş Corciya sualtı qayığının CENTCOM-un məsuliyyət zonasına göndərilməsini əmr edib.

Sənəddə qeyd olunur ki, Ostin və Gallant Hizbullah və İranla əlaqəli digər qrupların təcavüzünün qarşısını alınmasını müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər