12 Avqust 10:28
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Kral Donanmasının amfibiya əməliyyat gəmiləri Cənubi Kipr (yunan tərəfi) sahillərinə yanaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Kiprin “Havargi” qəzeti məlumat yayıb.

Nəşr Cənubi Kiprdə suveren baza statusuna malik Britaniyaya məxsus Akrotiri hava limanında 1000-dən çox komandonun hazır vəziyyətdə saxlanıldığını bildirib.

“Kiprdə xarici hərbi qüvvələrin sıxlığı artır”, - məqalədə deyilir.

Cənubi Kipr sahillərinə çatan ingilis hücum gəmiləri üçün cəm ifadəsi işlədilsə də, sayı haqda məlumat verilməyib.

Avqustun 9-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus amfibiya hücum gəmisi “USS Wasp” Cənubi Kiprin Limasol limanında lövbər salıb. Cənubi Kipr hökumətinin sözçüsü Konstantinos Letimbiotis döyüş gəmiləri və təyyarələrinin ölkəsindəki hərəkətlərinin bölgədəki (Yaxın Şərq) gəlişmələr fonunda adanın humanitar rolunun bir parçası olduğunu iddia edib.

Ötən ilin oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başladıqdan sonra, eləcə də İran və “Hizbullah”la artan gərginlik fonunda ABŞ və bəzi Avropa ölkələrinin Cənubi Kiprdə hərbi varlıqlarını artırmaları diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər