12 Avqust 12:42
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya, Fransa və Almaniya birgə bəyanat yayaraq, İranı İsrailə hücum etməməyə və bölgəni genişmiqyaslı müharibəyə sürükləməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda mümkün hücumun nəticələri barədə Tehrana xəbərdarlıq edilib.

“Biz regionda artan gərginlikdən çox narahatıq, deeskalasiya və regional sabitliyə sadiqliyimizdə həmrəyik. Bu kontekstdə biz İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıracaq, atəşkəs və girovların azad edilməsi ilə razılaşma imkanını təhlükə altına atacaq hücumlardan çəkinməyə çağırırıq”, - bəyanatda deyilir.

Ölkələr xəbərdarlıq edir ki, İran hücum edərsə, sülh və sabitlik üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaq.

“Heç bir ölkə və ya xalq Yaxın Şərqdəki gərginləşmədən qazanc əldə edə bilməz”, - bəyanatda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər