12 Avqust 15:40
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumuna reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi tərəfləri gərginliyi azaltmağa çağırıb.

Bəyanatda deyilir ki, Çin Kursk vilayətindəki vəziyyəti izləyir. Rəsmi Pekin Rusiya ərazisində işğalın baş verdiyini bildirir və bununla bağlı Ukrayna, ABŞ və Rusiyanın bəyanatlarına istinad edirlər.

“Çin müvafiq vəziyyəti qeydə alıb. Ukrayna məsələsində Çinin mövqeyi ardıcıl və aydındır”, - XİN vurğulayır.

Pekin həmçinin tərəfləri vəziyyətlə bağlı üç prinsipə əməl etməyə çağırıb. “Yəni döyüş meydanı genişlənməməli, müharibə qızışmamalı və bütün tərəflər heç bir tərəfin hərbi əməliyyatların artmasına səbəb olan təxribatlara yol verməməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər