12 Avqust 16:12
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gizli danışıqlar zamanı Ağ Ev Nikolas Maduroya əfv müqabilində Venesuela prezidenti vəzifəsindən könüllü istefa verməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) anonim mənbələrə istinadla yazır.

Nəşr xatırladır ki, Maduro və onun komandasının yüksək rütbəli üzvləri ABŞ-də narkotik alverində iştirakda, xüsusən də Amerika ərazisinə kokain daşımaqda ittiham olunurlar.

WSJ mənbələrinə görə, Co Bayden administrasiyası Maduroya əfvlə bağlı zəmanət vəd edib. Bundan əlavə, nəşrin həmsöhbətləri ABŞ-nin Maduroya hələ 2023-cü ildə Dohada keçirilən gizli danışıqlarda eyni şərtlərlə əfv təklif etdiyini deyiblər. Amma həmin vaxt Venesuela prezidenti hakimiyyətin vaxtından əvvəl buraxılması şərtlərini müzakirə etməkdən imtina edib və o vaxtdan bəri mövqeyi dəyişməyib.

Bundan əvvəl Maduro ABŞ-dən Venesuelanın daxili işlərinə qarışmamağı tələb edərək, Vaşinqtonun ona hörmət göstərəcəyi təqdirdə onunla danışıqlara açıq olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər