12 Avqust 15:58
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın cəbhədə kifayət qədər canlı qüvvəsi var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, Kursk vilayətində gedən döyüşlər səbəbindən səfərbərliyə ehtiyac yoxdur. Kartapolov bununla yerli və xarici mediada Rusiyada səfərbərliyin elan ediləcəyi ilə bağlı yayılan iddiaları təkzib edib.

Xatırladaq ki, Rusiyanın bu regionunda avqustun 6-dan döyüşlər gedir, federal səviyyədə fövqəladə vəziyyət və antiterror əməliyyatları rejimi elan edilib.

Təxminən bir həftədir davam edən döyüşlər zamanı Ukrayna ordusunun Suca şəhəri və çoxlu sayda kəndi ələ keçirdiyi iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər