İsrail eskalasiyanın növbəti mərhələsinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qalant deyib.
“Hizbullah” və İrandakı düşmənlərimiz bizə indiyə qədər heç vaxt cəhd etmədikləri üsullarla zərər verməklə hədələyirlər. Amma cəhd edənlər bizdən indiyə qədər görmədikləri reaksiya ilə üzləşəcəklər. Bizim ciddi imkanlarımız var, ümid edirəm ki, onlar öz qərarlarına yenidən baxacaqlar və əlavə cəbhələrlə müharibəyə səbəb olmayacaqlar.
Ümid edirəm ki, düzgün mühakimə yürütəcəklər və bizi onlara ciddi zərər verəcək və əlavə cəbhələrdə müharibə ehtimalına gətirib çıxaracaq bir işə məcbur etməyəcəklər”, - nazir vurğulayıb.
Qalant əlavə edib ki, İsrail bunu istəməsə də, bu, baş verə biləcəyi üçün hazır olmalıdır.