Kursk vilayətinin düşmən nəzarətində olan 28 yaşayış məntəqəsində yaşayan 2 minə yaxın insanın taleyi naməlumdur.
Teleqraf.com xəbər verir ki, bunu vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya Prezidenti Vladimir Putinə videokonfrans vasitəsilə bildirib.
“Bu zonada 28 yaşayış məntəqəsi yerləşir (Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir – red.), bu, taleyi bizə məlum olmayan 2 minə yaxın insandır”, - qubernator bildirib.