Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar HƏMAS liderinin öldürülməsi və Qəzzadakı vəziyyətlə bağlı İsrailə neft və ticarət embarqosunun tətbiqinə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, Pakistanın Fələstinlə həmrəy olduğunu bildirib.
“Sionistləri məsuliyyətə cəlb etməyin vaxtı çatıb və müsəlman dünyası bəyanatlar və qınaqlardan kənara çıxmalıdır. Əgər İsrail Qəzzada dərhal atəşkəsə razı olmazsa, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Təl-Əvivlə neft ticarətinin boykotunu dəstəkləməlidirlər”, - İshaq Dar bildirib.