Almaniya kansleri Olaf Şolts İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, Şolts telefon danışığında Yaxın Şərqdə regional münaqişə təhlükəsindən narahatlığını ifadə edib.
Prezident Pezeşkianı hərbi gərginliyin artmasının qarşısını almaq üçün mümkün olanı etməyə çağıran Almaniya kansleri bəyan edib ki, müharibə olsa, region xalqları üçün ciddi təhlükələr yaranacaq.