BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.
Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.