13 Avqust 00:26
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın baş naziri Donald Tusk 2025-ci ildə Polşada keçiriləcək prezident seçkilərində iştirak edə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

O, bildirib ki, respublikanın Nazirlər Kabinetinin rəhbəri mümkün namizədlərdən biri hesab olunur. O əlavə edib ki, hazırda Vətəndaş Platformasından prezidentliyə namizədi hələ müəyyənləşməyib. Sikorsky namizədin 2025-ci ilin əvvəlində müəyyənləşəcəyini vurğulayıb.

Qeyd edək ki, Polşada prezident seçkiləri hazırkı prezident Anjey Dudanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçiriləcək . Siyasətçi artıq iki müddətdir bu vəzifədə olub və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər