13 Avqust 13:48
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran öz suverenliyini müdafiə etmək hüququndan istifadə zamanı heç kimdən icazə istəməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Böyük Britaniya, Almaniya və Fransanın HƏMAS lideri İsmayıl Həniyənin qətlinə görə İsrailə cavab verməkdən çəkinməyə çağırışı şərh edərkən deyib.

“İran suverenlik və milli təhlükəsizliyi qorumaq, regional sabitliyi təşviq etmək və regionda terror və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və hüquqlarını həyata keçirmək üçün heç kimdən icazə istəməyəcək”, - iranlı diplomat bildirib.

Avqustun 12-də Britaniya, Almaniya və Fransa birgə bəyanat yayaraq, İran və proksi qüvvələrini regional gərginliyi daha da artıracaq, atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları təhlükə altına atacaq hücumlardan çəkinməyə çağırıb.

Bəyanata görə, İsrailə hücum olacağı təqdirdə Təl-Əvivlə HƏMAS arasında aparılan danışıqların pozulmasına görə məsuliyyət İranın üzərinə düşəcək.

İran İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə qisas və cavab vədi verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər