13 Avqust 17:19
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumuna görə cəzalandırılacaq birliklərə artıq müvafiq qiymətlər verilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Ukrayna bizim ərazimizə terror hücumu həyata keçirdi. Qarşılıq olaraq bağlı bütün təlimatları Rusiya Prezidenti Vladimir Putin ötən gün verib. Konkret olaraq bunun üzərində dayanmayacağam. Sadəcə onu deyim ki, onlar bunu etdiklərinə görə layiqli cəzalarını alacaqlar. Sözügedən cəza Ukrayna rəhbərliyi üçün müxtəlif nəticələrə səbəb olacaq", - Medvedev bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər