13 Avqust 22:07
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kursk vilayətini işğalı 1943-cü ildəki döyüş kimi Rusiya tarixində dönüş nöqtəsi ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hemiş de Bretton-Qordon deyib.

“1943-cü ildə eyni ərazidə nəhəng sovet qüvvələri İkinci Dünya Müharibəsində dönüş nöqtələrindən biri sayılan döyüşdə nasist qoşunlarınının hücumunu dəf etdi. Ancaq vaxtilə Kursk rus qüruru panteonunda xüsusi yer tutsa da, Ukraynanın oradakı hazırkı əməliyyatı o deməkdir ki, indi Rusiyanın rüsvayçılığının mənbəyi kimi yadda qala bilər. Əgər Qərb Kiyevə öz uğurlarından istifadə etməyə icazə verərsə, bu, Rusiya tarixində daha bir dönüş nöqtəsi ola bilər”, - Bretton-Qordon vurğulayıb.

Britaniyalı polkovnikə görə, Ukraynanın bu addımı ən azı üç səbəbdən Rusiyaya zərər verəcək:

“Birincisi, bu, Rusiyanın diqqətini sonrakı müdaxilələrdən yayındıracaq. Kiyev Rusiyanın planlarını təhlükə qarşısında qoydu. Rusiyanın müdafiədəki boşluqlarını doldurması üçün mobil ehtiyatları, yerli əhalinin də müqavimət göstərmək istəyinə dair əlamət yoxdur”.

İkincisi, Bretton-Qordonun fikrincə, Kursk əməliyyatı Rusiya üçün rüsvayçılıqdır və Moskvada siyasi sabitliyi poza bilər.

“Kreml Ukraynanı məğlub etmək bir yana dursun, heç öz ərazisini müdafiə edə bilmir, ilk dəfədir ki, rəsmi mediada bu məsələyə ciddi yer verilir”.

Üçüncüsü, polkovnik qeyd edib ki, Kurskun işğalı Ukraynanın vəziyyəti dəyişmək üçün Rusiya qədər canlı qüvvə və silaha ehtiyacının olmadığını göstərir: “Başqa sözlə, Ukrayna üçün qələbə heç bir halda əlçatmaz deyil”.

Bretton-Qordonun söyləyib ki, indi Qərb Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək üçün Ukraynaya Kurskda taktiki uğurlarını möhkəmləndirmək imkanı verməlidir: “Bu, Britaniya və ABŞ üçün ələ aldıqları müharibəni qısaltmaq üçün bir fürsətdir. Bu, Kir Starmer və Co Bayden üçün layiqli bir miras qoyması üçün şansdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər