Ukrayna Xarici İşlər Nazirliyi Belarusun ittihamlarını yersiz hesab edir.
Teleqarf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi açıqlama verib:
“Biz bu bəyanatları gördük, diqqətlə öyrəndik və təhlil edirik, reaksiya vermək üçün xüsusi səbəb görmürük... Sizi bu anti-Ukrayna əhval-ruhiyyəsini qızışdırmamağa və hansısa təhdid təəssüratı yaratmamağa çağırırıq. Biz Belarusun hərəkətlərini və bəyanatlarını izləməkdə davam edəcəyik və onlara müvafiq cavab verəcəyik”.
Qeyd edək ki, avqustun 10-da Belarus prezidenti Aleksandr Lukaşenko respublika və Rusiya ərazisi üzərində təxminən on hava hədəfinin məhv edildiyini açıqlayıb.