13 Avqust 21:38
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünya ölkələrinin hərbi sənayesi üzrə hesabatını dərc edib.

Teleqraf.com xəbər verir ki, hesabat müəlliflərinə görə, əksər ölkələrdə silahlı qüvvələrin şəxsi heyətinin sayı azalıb. Əgər 1995-ci ildə dünyada hərbçilərin ümumi sayı 30 milyonu ötmüşdüsə, 2019-cu ildə bu rəqəm 28 milyondan az olmuşdur.

Bəzi ölkələrdə hər 100 min nəfərə düşən hərbi qulluqçuların sayı ümumi fonda nəzərəçarpacaq dərəcədə fərqlənir. IEP məlumatlarına görə, bu göstəricinin rekordçusu Eritreyadır, bu kiçik Afrika ölkəsində 100.000 əhaliyə 5476 əsgər düşür.

Konqo, İsrail, Yunanıstan, Cənubi Koreya, Tayvan, Şri-Lanka, Livan və Ermənistanda bu göstərici yüksəkdir (hər 100 min nəfərə 1542 hərbi qulluqçu). Ermənistanda bu göstərici 2008-ci illə müqayisədə hər 100 min nəfərə 21 hərbi qulluqçu artıb.

İqtisadiyyat və Sülh İnstitutu (İEP) iddia edir ki, Azərbaycanda hər 100 min sakinə 649 hərbi qulluqçu düşür. Gürcüstanda hər 100 min nəfərə 551 hərbi qulluqçu düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər