İran Qəzzada sülh danışıqlarında iştirak etməyəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın BMT- dəki diplomatik nümayəndəliyi jurnalistlərə məlumat verib.
Nümayəndəlik bəyan edib ki, İran Qəzza ilə bağlı sülh danışıqlarına müşahidəçi göndərməyəcək.
“Biz Misir, Qətər və ABŞ-nin yardımı ilə HƏMAS və İsrail rejimi arasında aparılan dolayı atəşkəs danışıqlarında iştirak etməmişik, iştirak etmək niyyətində də deyilik”, - İslam Respublikasının daimi nümayəndəliyi bildirib.