13 Avqust 23:45
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, Çankaya Köşkündəki görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edib.

Türkmənistan nümayəndə heyətinin rəhbəri Türkiyədə ikigünlük səfərdədir.

Daha öncə Türkiyə paytaxtında xarici işlər nazirləri arasında görüş keçirilib, həmin görüşdə ikitərəfli münasibətlərin, o cümlədən energetika və nəqliyyat sahəsində inkişafın vəziyyəti və perspektivləri müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər