14 Avqust 00:11
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Ukraynaya səfərə gəlib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisinin Kiyevdə olması Vaşinqtonun Ukraynanı dəstəkləməkdə davam etdiyinə güclü siqnaldır. Bundan başqa o, Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndə vəzifəsini dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Vermanın tutacağanı bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın iqtisadi dirçəliş üzrə xüsusi nümayəndəsi Penni Pritzkerin işini dayandırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər