Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verik ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.
“Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, - məlumatda deyilir.
Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir.